`Pulları çin-çin bibi` - Qardaşoğlu bibisini soydu


16:18     11 Aprel 2017 omurluk%20hebs.jpg

“Pulları çin-çin bibi, sir-sifəti cin bibi”, “necə-necə, ay avara?” replikaları bu gün çoxlarının danışarkən işlətdiyi sitatlardandı.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, bəlkə də ömründə bibisinə “dedim göyərçin bibi” sözləri ilə müraciət edən 27 yaşlı Novruz Əkbərov və tanşları 27 yaşlı Adil Şahbalıyev, 27 yaşlı Emin Mirzəyev və 26 yaşlı Emin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, bir çox oğurluqda və soyğunçuluqda adları hallanan dəstə üzvlərinin sonuncu cinayəti Novruz Əkbərovun bibisinin evi olub. Aralarındakı razılaşmaya əsasən, E.Mirzəyev, E.Allahverdiyev və Novruz Əkbərov pusquda dayanıblar. Adil Şahbalıyevlə Ceyhun adlı şəxs isə Novruzun bibizi Samirə Əkbərovanın mənzilinə soxulublar.

Mənzildə olan 700 manat pulu və dolabdakı bir cüt qızıl sırğanı götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.

Törətdikləri cinayət əməlinə görə onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) və 180.2.1 (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb. Bu gün məhkəmənin hökmü ilə N. Əkbərov 6 il, A. Şahbalıyev 9 il, E. Mirzəyev 5 il və E.Allahverdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1974